Jurnalistlər binasının komendantı saxlanıldı

jurnalistler-binasinin-komendanti-saxlanildi
Oxunma sayı: 5296

Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb. 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, B.İsmayılov cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ləğv edilmiş KİVDF-nin sabiq  icraçı direktoru Vüqar Səfərli də hazırda həbsdədir. O, dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunur.

Murad Əhməd