“Qafqazinfo”nun məlumatına görə, layihə çərçivəsində radio və televiziya aparıcıları bir araya gələrək öncə Şəhidlər xiyabanını ziyarət ediblər, daha sonra müharibəyə hazır olduqlarını nümayiş etdirmək üçün pointboll oynayıblar. On səkkiz aparıcı 3 komandaya bölünərək mübarizə aparıb. Oyun zamanı hətta 2 aparıcı Anar İbrahimli və Dj Elax ağır zədə alsalar da, oyun uğurla başa çatıb. Sonda bütün komandalar birləşərək “Biz müharibəyə hazırıq” şüarı ilə layihəni başa vurublar.
Qeyd edək ki, layihədə Avropa radiosu, Antenn 101 FM,106 FM,106.3 FM,107 FM, Yurd TV və Səs TV-in əməkdaşları çıxış ediblər.
Son xəbərlər
Son Xəbərlər