Jurnalistlər üçün maliyyə mövzusunda təlim keçirildi

jurnalistler-ucun-maliyye-movzusunda-telim-kecirildi
Oxunma sayı: 725

10 aprel – 12 may tarixlərində Mərkəzi Bank ölkənin aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Mərkəzi Bankçılıq və maliyyə savadlılığı” mövzusunda təlim keçirib. 

Qurumdan  “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan Diplomatiya Akademiyasının və Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun dəstəyi ilə keçirilən təlimlərdə əsas məqsəd media nümayəndələrinin KİV-də aktual olan və Mərkəzi Bankın missiyası ilə əlaqəli olan müxtəlif iqtisadi mövzulara dair biliklərini zənginləşdirmək, ölkədə aparılan iqtisadi islahatlara və müxtəlif iqtisadi mövzulara dair xəbərlərin ictimaiyyətə daha peşəkar ötürülməsini təmin etməkdən ibarət olub.

İştirakçılara Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri, pul siyasətinin məqsədi və rejimləri, pul siyasətinin əməliyyat çərçivəsi, maliyyə sabitliyi, tədiyyə balansı, ödəniş sistemlərinin inkişafı, nağd pul dövriyyəsinin idarə olunması, mərkəzi bankların kommunikasiyası, beynəlxalq iqtisadiyyat və s. mövzulara dair ətraflı məlumatlar verilib.

Yekunda təlimdə əhatə olunmuş mövzulara dair qiymətləndirilmə aparılmış və iştirakçılara sertifikatlar təqdim olunub.