Jurnalistlər üçün müsabiqə

jurnalistler-ucun-musabiqe
Oxunma sayı: 955

Müsabiqə Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatının (The Black Sea Trust Fund for Regional Cooperation) dəstəyi ilə reallaşdırılır.

Müsabiqəyə təhsil sahəsinin müxtəlif məsələlərinə aid jurnalist araşdırmaları – yazılar, video və radio materialları qəbul olunur.

Bir yazının həcmi 10 min işarədən artıq olmamalıdır. Bir video materialın həcmi 10-13 dəqiqə arasında, radio materialın həcmi isə 15 dəqiqəyədək olmalıdır.

Araşdırma yazıları 2014-cü ilin iyun ayının 12-dək bu e-mailə göndərilməlidir: [email protected].

Video və radio materiallar isə diskdə müsabiqənin koordinatoruna təqdim olunmalıdır.

Münsiflər heyətinin yekun qərarı iyun ayının sonlarında, xüsusi yığıncaqda açıqlanacaq.

1-ci yeri tutan araşdırmanın müəllifinə 800 manat, 2-ci yeri tutan araşdırmanın müəllifinə 600 manat, 3-cü yeri tutan araşdırmanın müəllifinə 400 manat məbləğində pul mükafatı veriləcək (vergilər bu məbləğə daxildir).  

Bundan əlavə, fəal iştiraka görə həvəsləndirici mükafatlar nəzərdə tutulub: əsas qaliblər sırasına düşməyən jurnalistlər “İnternyus-Azərbaycan” İctimai Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, digər mötəbər təşkilatlar tərəfindən təşəkkürnamə və sertifikatlarla təltif ediləcəklər.

Müsabiqədə uğur qazanan  işlər “Mediaforum.az” saytında və bir neçə digər media orqanlarında təqdim olunacaq.

Qiymətləndirmə meyarları:

1. Təhsildə yeni (yaxud diqqətdən kənarda qalan) ideya və istiqamətlərə aid məsələlərin işıqlandırılması - Balların sayı: 1-10.

2. Real faktlara əsaslanma, rəqəmlərin və digər göstəricilərin mənbəyinin səhihliyi - Balların sayı:  1-10.

3. Materialın maraqlı və aydın üsluba malik olması - Balların sayı: 1-10.

4. Araşdırmada qaldırılan məsələnin (problemin) həllinə dair konstruktiv fikirlərin ortaya çıxarılması - Balların sayı: 1-15.

5. Yazılarda mövzuya uyğun 2-3 fotoşəkilin verilməsi; video materiallarda çəkilişin keyfiyyəti; radio materiallarda səs yazısının keyfiyyəti - Balların sayı: 1-7.

Əlaqə telefonları: Müsabiqənin koordinatoru (050) 200-03-49; (012) 434-71-05 (daxili nömrə 11).