Jurnalistlər xarici siyasət gündəmi ilə bağlı BMTM-də toplaşdı

jurnalistler-xarici-siyaset-gundemi-ile-bagli-bmtm-de-toplasdi
Oxunma sayı: 784

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirilib.

"Qafqazinfo" xəbər verir ki, təlim Azərbaycanın xarici siyasət gündəmində baş verən son hadisələrin, əməkdaşlıq perspektivlərinin bu sahədə ixtisaslaşmış jurnalistlərə çatdırılması və onların bu xarici siyasətlə bağlı media fəaliyyətlərinə istiqamət verilməsi məqsədini daşıyır. Təlimdə 25 media təmsilçisi iştirak edib. 

Təlimdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, MEDİA-nın direktoru Əhməd İsmayılov çıxış edib. Daha sonra BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova, şöbə müdiri Cavid Vəliyev, aparıcı məsləhətçisi Nağı Əhmədov təlim keçiblər, iştirakçıların suallarını cavablandırıblar. Təlim iştirakçılarına sertifikatlar təqdim olunub.