Jurnalistlər yarışdı

jurnalistler-yarisdi
Oxunma sayı: 700


Bu gün- Milli Mətbuat Günü ilə əlaqədar ölkəmizdə müxtəlif tədbirlər keçirilir. “Qafqazinfo” xəbər verir ki, iyulun 19-da Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının dəstəyi, Gənclər və İdman Nazirliyinin və "Sportsman" jurnalının təşkilatçılığı ilə "Royal" otelində KİV nümayəndələri arasında Milli Mətbuat Gününə həsr olunmuş stolüstü tennis üzrə tədbir belə tədbirlərdəndi.

Turnirdə 30-dan artıq kişi və qadın mətbuat nümayəndəsi iştirak edib. Yüksək fəallıq və gərgin idman mübarizəsi şəraitində keçən yarışda kişilər arasında I yerə Bəhruz Səmədov ("Ömür yolu" qəzetinin xüsusi müxbiri) layiq görülüb. II yeri Rəşad Cavadov ("Sportsman" jurnalının baş redaktoru), III yeri Ceyhun Əliyev (Sportnet.az saytının redaktoru) tutub. Əzimkar stolüstü tennis uzrə idmançı isə əməkdar artist Səlim Abbasov olub.

Qadınlarda I yerə Gülzar İbrahimova ("Sehirli Dünya" uşaq jurnalının baş redaktoru) sahib olub. II yerə Almaz Hüseynova ("Turan" tele-teatrının aktrisası), III yeri Aida Zeynalova (Türkiyə Kadıköy Sanatçılar Təşkilatının əlaqələndiricisi, şairə) tutub.

Turnirin qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyasının və "Sportsman" jurnalının diplom və mükafatları ilə təltif olunublar.