Jurnalistlər zavodlarda olub- - Fotolar

jurnalistler-zavodlarda-olub-
Oxunma sayı: 914


Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, növbəti belə məlumat turu sentyabrın 18-də Bakının Qaradağ rayonunda yerləşən müəssisələrə təşkil edilib. 

Media nümayəndələri əvvəlcə “AAС” müasir tikinti materialları zavodunda olublar. Zavod ay ərzində 3000-5000 ton metal konstruksiya istehsalı etmək gücünə malikdir. Hazırda zavodda 500 nəfər işləyir. Bu zavodun tikintisinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 mln. Manat güzəştli kredit verilib. 

Sonra KİV nümayəndələri Bakı Gəmiqayırma Zavoduna gediblər. 2011-ci ildə fəaliyyətə başlayan zavodun əsas fəaliyyəti müxtəlif təyinatlı gəmilərin (təchizat, yük, yedək, kran, sərnişin), tankerlərin, eləcə də xüsusi ixtisaslaşdırılmış gəmilərin tikintisindən, bu tipli gəmilərin təmirindən və təyinatının dəyişdirilməsindən ibarətdir. 

Ümumi ərazisi 71,4 hektar olan zavodda 1100 metr uzunluğunda yanalma körpüsü, dördmərtəbəli inzibati bina, təlim mərkəzi, ofislər və anbarlar, istehsal, tikinti-quraşdırma və təmir-ötürmə sahələri, yeməkxana, tibb məntəqəsi, kompressor stansiyaları, zavodun elektrik təchizatının etibarlı təminatı üçün yarımstansiya binaları tikiib. 

“Sənaye ili” çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən paytaxt Bakıda və ölkə regionlarında fəaliyyət göstərən digər sənaye müəssisələrinə də məlumat turlarının təşkili davam etdiriləcək.