Jurnalistlərin müəlliminin doğum günüdür

jurnalistlerin-muelliminin-dogum-gunudur
Oxunma sayı: 1718

Bu gün professor, Bakı Dövlət Universitetinin dekanı, tanınmış ictimai xadim Cahangir Məmmədlinin doğum günüdür.

Qafqazinfo” xəbər verir ki, o, 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub.

1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb.

Hazırda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanıdır. Filologiya elmləri doktoru, professorudur.

İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir.

2004-cü ildə Bakı Dövlət Universitetində "İlin müəllimi" nominasiyasının qalibi olub. Bundan əlavə, jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür.

2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədridir.

Cahangir Məmmədli Azərbaycan jurnalistikasında böyük nüfuza sahib olan insanlardan biridir. O, təkcə tələbələri tərəfindən sevilmir, eyni zamanda bu gün jurnalistikamızda yüzlərlə tanınmış jurnalist Cahangir Məmmədlini özünün müəllimi hesab edir.

Biz də “Qafqazinfo” olaraq, Cahangir müəllimi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzu edirik.