Jurnalistlərin nəzərinə

jurnalistlerin-nezerine
Oxunma sayı: 1054


“Qafqazinfo”nun məlumatına görə, Bakı 2015 Avropa Oyunlarını işıqlandırmaq istəyən mətbuat nümayəndələri son müraciət tarixindən öncə müraciət etməlidirlər, gecikmiş müraciətlər qəbul olunmayacaq.

Yerlər məhdud olduğu üçün media nümayəndələrinin yeni inşa edilmiş Media Kəndində qalmaq üçün yer rezervasiya etmələri (səhər yeməyi daxil olmaqla bir gecəsi bir nəfər üçün 50 avro və iki nəfər üçün 65 avroya otaq) tövsiyə olunur. Media Kəndi Atletlər kəndinin yaxınlığındadır və bütün obyektlərə gedən nəqliyyat vasitələri buradan hərəkət edəcək. Burada, həmçinin, hər cür iş və yemək imkanları təmin ediləcək.

Mətbuat nümayəndələri akkreditasiya forması əldə etmək üçün 3 aprel 2015-ci il tarixinədək [email protected] ünvanına məktub göndərə bilərlər.