Jurnalistlərlə polislər futbol matçında üz-üzə gəldi

jurnalistlerle-polisler-futbol-matcinda-uz-uze-geldi
Oxunma sayı: 1293

2 iyul - Azərbaycan Polisi günü və Beynəlxalq İdman Jurnalistləri günü münasibətilə iki sahənin əməkdaşları bir araya gəlib.

"Qafqazinfo" xəbər verir ki, Abşeron rayon Polis İdarəsi və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) komandaları arasında Xırdalan şəhərindəki "AAAF Park"da mini-futbol matçı keçirilib.

Əvvəlcə Abşeron rayon Polis İdarəsinin əməkdaşları, AİJF İdarə Heyətinin və jurnalistlərdən ibarət komandanın üzvləri Xırdalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə üzərinə tər qızılgüllər düzüblər.

Oyun isə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq, 1 dəqiqəlik sükutla başlayıb. Görüş daha üstün olan polislərdən ibarət komandanın qələbəsi ilə yekunlaşıb - 4:2.