Türkiyəli aktyor Kaan Yıldırım və aktrisa Pınar Dəniz evlənir.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor nişan üzüyünün göründüyü əl-ələ olan fotolarını sosial şəbəkə hesabında paylaşıb.
"Sənin mənə nəsib olman şəxsi həyatımın ən əvəzolunmaz tərəfidir", - deyə aktyor bildirib.
Xatırladaq ki, ikilinin münasibəti ötən il başlayıb.

Son xəbərlər
Son Xəbərlər