Kabel oğurlayan tutuldu

kabel-ogurlayan-tutuldu
Oxunma sayı: 1547

Yanvarın 2-dən 5-dək olan müddətdə Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində rayon telefon qovşağına məxsus 4 dirəkdən 98 metr telefon kabeli kəsilərək oğurlanıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, faktla bağlı Sabunçu RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılıb.

Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Əliyev saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Murad Əhməd