Kabildə ABŞ səfirliyinin 9 mühafizəçisi həlak olub

kabilde-abs-sefirliyinin-9-muhafizecisi-helak-olub
Oxunma sayı: 638

Əfqanıstanın Kabil şəhərində baş verən güclü partlayış zamanı ABŞ səfirliyinin doqquz mühafizəçisi həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Dövlət Departamentinin məmuruna istinadən məlumat yayıb.

Səfirliyin daha 11 əməkdaşı isə yaralanıb. Onların həyatları üçün təhlükə yoxdur.

Qeyd edək ki, çərşənbə günü səhər Kabildə prezident sarayının və xarici səfirliklərin binalarının yaxınlığında güclü partlayış olub. Nəticədə 90 nəfər ölüb, 380 nəfər isə yaralanıb. Bir çox tikililər, o cümlədən Fransa və Almaniya səfirliklərinin binalar zədələnib.