Kabildə daha bir partlayış - 7 ölü, 7 yaralı

kabilde-daha-bir-partlayis
Oxunma sayı: 651

Əfqanıstanın paytaxtı Kabildə bomba yüklü avtomobil partladılıb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə nəticəsində 7 mülki vətəndaş həlak olub, daha 7 nəfər isə xəsarət alıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Nusrat Rəhimi ölənlərin sayının artacağını istisna etməyib.