Kabildə etiraz aksiyasında jurnalistlər döyüldü

Kabildə etiraz aksiyasında jurnalistlər döyüldü
Oxunma sayı: 591

Kabildə onlarla qadın Əfqanıstanın Xarici İşlər Nazirliyinin binası yaxınlığında etiraz aksiyası keçirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qadınlar öz təhsil və iş hüquqlarını tələb etmək üçün yenidən toplaşıblar.

Qeyd olunur ki, “Taliban” nümayəndələri aksiya iştirakçılarını dağıdıb və jurnalistlərə qarşı zorakılıq ediblər. Foto və video çəkməyə cəhd edən jurnalistlər döyülüb və onların avadanlıqları əllərindən alınıb. 

Şahidlərdən birinin sözlərinə görə, aksiya iştirakçılarının sayı 30-a yaxın olub. “Taliban” hərəkatı nümayəndələri aksiyanı dağıtdığından etirazçılar aksiyanı başqa küçəyə daşımalı olub.

Qeyd etmək lazımdır ki, “Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdə qadın hüquqları ilə bağlı bir sıra vədlər verib. Lakin hələ bu vədlərin yerinə yetirildiyini görmək mümkün deyil.