Kabildə məscid partladıldı - Ölənlər var

kabilde-mescid-partladildi
Oxunma sayı: 1569

Əfqanıstanın paytaxtı Kabildə məscidə bombalı hücum təşkil edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücum bayram namazı zamanı baş verib.

Hadisə nəticəsində 12 nəfər həyatını itirib, 15 nəfər yaralanıb. Məscidin imamı da ölənlər arasındadır.

Partlayıcının əvvəlcədən yerləşdirildiyi bildirilib.

Hələlik hücumu heç bir qruplaşma üzərinə götürməyib. Faktla bağlı araşdırmalara başlanılıb.

Məscidin imamının xüsusən hədəf alındığı ehtimallar arasındadır.

Qeyd edək ki, Taliban bayram günlərində atəşkəs elan etmişdi.