Kabildə məsciddə partlayış oldu, ölənlər var

Kabildə məsciddə partlayış oldu, ölənlər var
Oxunma sayı: 760

Əfqanıstanın paytaxtı Kabildə məsciddə partlayış baş verib.

“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, baş vermiş partlayış nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb. 

Partlayış məsciddə dindarlar namaz qılarkən baş verib. 

Bölgədə fəaliyyət göstərən ekstremist qruplardan heç biri hələlik partlayışa görə məsuliyyəti üzərinə götürməyib.