Kabildə silahlı hücum - Ölənlər var

kabilde-silahli-hucum
Oxunma sayı: 1260

Əfqanıstanın paytaxtı Kabildə silahlı hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kabil Polis İdarəsinin sözçüsü Firdovsi Fərəmərz Kabilin Güldərə rayonunda beş nəfərin kimliyi bilinməyən şəxslər tərəfindən hücuma məruz qaldığını açıqlayıb.

Hücum nəticəsində ikisi təhlükəsizlik güclərinin təmsilçisi olmaqla, beş nəfər həyatını itirib. Hücum edənlər bölgədən qaçıb.

Hücumu hələlik heç kim üzərinə götürməyib.