Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışda ölənlərin sayı 20 nəfərə çatıb.
“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Məhəmməd Ayub Salang danışıb.
Terrorçu kamikadze tərəfindən törədilən partlayış insanların çox olduğu Kabildə yerləşən parlament və polis binasının ətrafında törədilib. İntiharçı polis idarəsinə girmək üçün növbəyə duraraq sonradan üzərində olan partlayıcını işə salıb.
Hadisə nəticəsində həmçinin otuza yaxın şəxs yaralanıb. Ölənlərin çoxu polis əməkdaşıdır. Hücuma görə “Taliban” qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
Son xəbərlər
Son Xəbərlər