Kabildə terrorçu özünü partladıb, 1-i polis 7 ölü var

kabilde-terrorcu-ozunu-partladib-1-i-polis-7-olu-var
Oxunma sayı: 944

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze özünü partladıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayışda azı yeddi nəfər ölüb, daha yeddisi isə yaralanıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Ölənlərdən biri polis əməkdaşıdır. 

Hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.