Kabildəki partlayışda 34 nəfər ölüb - Yenilənib+Video

kabildeki-partlayisda-34-nefer-olub
Oxunma sayı: 1081

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə nəticəsində 65 nəfər xəsarət alıb. Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vahidulla Meyar tvitter mikrobloqunda məlumat verib.

Xəsarət alanlardan 9-u azyaşlılardır.

***

Kabildəki partlayışda 34 nəfər dünyasını dəyişib. Bu barədə “Sinxua” agentliyi yazıb. Yaralıların sayı isə 68-dir. Onlardan 9-u uşaqdır.