Əfqanıstanın paytaxtı Kabildə baş vermiş ardıcıl 2 partlayışda ölən jurnalistlərin şəxsiyyəti müəyyənləşib.
“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, ölənlər “Tolo News”un 28 yaşlı müxbiri Samim Fərəmərz və 23 yaşlı operatoru Ramiz Əhmədidir. Bu barədə kanalın Tvitter səhifəsində yazılıb: “Tolo News” Kabildəki partlayışda özünün iki ən yaxşı jurnalistini itirdi. Samim Fərəmərzlə Ramiz Əhmədi birinci partlayışda dünyasını dəyişib”.
Xatırladaq ki, ötən gün Kabildə əvvəlcə kamikadze özünü partladıb, daha sonra isə bomba ilə yüklənmiş avtomobil partladılıb. Nəticədə 20 nəfər ölüb, 70 nəfər yaralanıb.
Son xəbərlər
Son Xəbərlər