Kabildəki partlayışda ölənlərin sayı artdı

kabildeki-partlayisda-olenlerin-sayi-artdi
Oxunma sayı: 777

Sentyabrın 30-u Kabilin qərbində təhsil mərkəzində baş verən partlayışda həlak olanların sayı artıb.

“Qafqazinfo” BMT-nin Əfqanıstana Yardım Missiyasına istinadən xəbər verir ki, partlayış nəticəsində 43 nəfər ölüb, daha 83 nəfər isə yaralanıb.

Məlumata görə, həlak olanların əksəriyyəti gənc qız və qadınlardır.

Xatırladaq ki, daha əvvəl partlayışda 32 nəfərin öldüyü, daha 40 şəxsin isə yaralandığı bildirilirdi. Partlayışı kamikadze törədib.