Kabulda NATO kortejinə bombalı hücum, ölənlər var

kabulda-nato-kortejine-bombali-hucum-olenler-var
Oxunma sayı: 726

Əfqanıstanın paytaxtı Kabulda, ABŞ səfirliyi yaxınlığında güclü partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstan DİN-i azı səkkiz dinc sakinin öldüyünü açıqlayıb. 

Yerli telekanallar partlayışa terrorçu-kamikadzenin səbəb olduğunu açıqlayıb. Terrorçu NATO əsgərlərini daşıyan kortejin keçişi sırasında özünü partladıb. 

Hücumu hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. 

***

Terror hücumunu İŞİD qruplaşması öz üzərinə götürüb.