İranın Əfqanıstandakı səfiri paytaxt Kabulda baş verən güclü partlayış zamanı yaralanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, səfir Məhəmməd Reda Barhami yaralanıb, səfirliyin binasına isə ciddi zərər dəyib.
Xatırladaq ki, partlayış Almaniya və İran səfirliklərinin, həmçinin prezident sarayının yaxınlığında baş verib. Son rəqəmlərə görə, 80 nəfər ölüb, 350-dən çox yaralı var.
***
Partlayışda Almaniya səfirliyinin mühafizəçisi ölüb.

Son xəbərlər
Son Xəbərlər