Kaçinskinin partiyası parlament seçkilərində qələbə qazandı

kacinskinin-partiyasi-parlament-seckilerinde-qelebe-qazandi
Oxunma sayı: 966

Polşada parlament seçkilərinin nəticələri açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qalib hakim partiya “Haqq və ədalət” olub. Yaroslav Kaçinskinin partiyası 43,59% səs toplayıb, seymdəki 460 yerin isə yarısını tutub. Bu isə Kaçinskiyə müstəqil şəkildə hökuməti idarə etmək hüququ verir.

İkinci yeri müxalif “Vətəndaş koalisiyası” (27,4%),  üçüncü yeri “Sol demokratlar ittifaqı” partiyası (12,57%) tutub.

Qeyd eədk ki, Yaroslav Kaçinski 2010-cu ildə Smolenskdə təyyarə qəzasında ölən prezident Lex Kaçinskinin əkiz qardaşıdır. O, ölkədə söz sahibi olan insanlardan biri hesab edilir.