Kadi “Krasnodar”da növbəti qolunu vurdu - Video

kadi-krasnodarda-novbeti-qolunu-vurdu
Oxunma sayı: 4510

Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Kadi Borgesin çıxış etdiyi “Krasnodar” səfərdə autsayder "Ximki" ilə qarşılaşıb. 

Qonaqlar rəqibinə 6:0 hesabı ilə qalib gəlib. 

Kadi 46-cı dəqiqədə meydana çıxıb. Braziliyalı yarımmüdafiəçinin oyuna girməsindən sonra komandası 5 qol vurub. 

Krasnodarlıların 4-cü qolunun müəllifi isə Kadi olub. O, 63 dəqiqədə fərqlənib. Beləliklə, Kadi yeni komandasında meydana çıxdığı 4-cü oyunda 3-cü qolunu vurub.

Qeyd edək ki, “Krasnodar” 21 oyuna 32 xalla 8-ci pillədə qərarlaşıb.