Sentyabrın 22-də istefa verən İstanbul bələdiyyəsinin sədri Kadir Topbaş bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
“Qafqazinfo” Türkiyə mətuatına istinadən xəbər verir ki, Ərdoğan “Ədalət və İnkişaf Partiyası”nın (AKP) İstanbul şəhər təşkilatında mövcud durum və 2019-cu il seçkilərinə hazırlıqla bağlı görüşdə iştirak edib.
Ərdoğanı qarşılayanlardan biri hazırda istefada olan Kadir Topbaş olub.
İclasda İstanbul bələdiyyəsinə növbəti sədr seçkisinin 28 sentyabrda keçirilməsi qərara alınıb.