Kadırov 29 mindən çox hərbçini müharibəyə göndərib

kadirov-29-minden-cox-herbcini-muharibeye-gonderib
Oxunma sayı: 4165

"Xüsusi hərbi əməliyyat başlayandan bəri Çeçenistandan Ukraynaya 29 mindən çox hərbçi göndərilib".

"Qafqazinfo" xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında bildirib.

O qeyd edib ki, hazırda yeddi mindən çox döyüşçü cəbhə xəttindədir.

Kadırov bölmələrin maddi-texniki bazasının yenilənməsi məsələlərinə də toxunub.

“Döyüş bölgəsinə 29 mindən çox döyüşçü göndərilib. Onlardan 13.000-i könüllüdür. Hazırda 7000-dən çox döyüşçü ön cəbhədədir ”, - Çeçenistan rəhbəri yazıb .