Kadırov döyüşə görə həyəcanlanıb 8 kq arıqladı

kadirov-doyuse-gore-heyecanlanib-8-kq-ariqladi
Oxunma sayı: 3833

Çeçenistan prezidenti Ramzan Kadırov ağır çəkili boksçu Ruslan Çaqayevlə avstraliyalı Lukas Braun arasında keçiriləcək WBA üzrə Dünya Çempionu titulu uğrunda mübarizəyə görə çox həyəcan keçirir.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, çeçen lider döyüşün istədiyi şəkildə bitməsi üçün Allaha yalvardığını bildirib:

“Ruslan Çaqayev döyüşə görə heç bir həyəcan keçirmir. Mən ona görə çox narahatam, hətta bu müddətdə 8 kq arıqlamışam. Əgər duel sabah və ya birigün bitməsə, mən sistem qəbul etməli olacağam. Çünki digər sakitləşdirici iynələr artıq mənə kömək etmir”, - deyə Kadırov söyləyib.

Qeyd edək ki, döyüş martın 5-də Qroznıda “Kolizey” idman-zalında olacaq.