Kadırov Dubayda “CZN BURAK”ın restoranında olub - Video

kadirov-dubayda-czn-burakin-restoraninda-olub
Oxunma sayı: 6867

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Dubaydakı məşhur "CZN BURAK" restoranını ziyarət edib və restoranın sahibi, dünyaca məşhur aşpaz Burak Özdemirlə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, Kadırov bu barədə "VKontakte" hesabında məlumat verib.

Çeçenistan Respublikasının başçısı bu tanışlıqdan çox təsirləndiyini və gənc olmasına baxmayaraq, Burakın bütün dünyaca tanınan çox uğurlu və bacarıqlı bir aşpaz olduğunu qeyd edib: "Burak Özdemir bizə Türk qonaqpərvərliyini göstərdi. Çox mehriban və uğurlu bir iş adamıdır. İnanıram ki, gənclər onun kimi insanlardan nümunə götürməlidirlər".

Günün sonunda Burak Özdemir və Ramzan Kadırov "Əhməd gücdür" yazısı olan bir tort ilə şəkil çəkdiriblər.