Çeçenistanın rəhbəri Ramzan Kadırov Belarusun Minsk motosikleti ilə Qroznı şəhərini gəzib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kadırov özünün teleqram kanalında məlumat verib.
“Qroznı şəhərinin meri Xas-Maqomed Kadırovla birlikdə gözəl paytaxtımızın küçələrində gəzdik. Səfəri belaruslu dostlarımızın mənə hədiyyə etdiyi motosikletlə etdik”, – Kadırov yazıb.
O, şəhərdə gördüklərindən razı qaldığını bildirərək “Qroznı rahat, gözəl, çiçəklənən şəhərdir. Burada rahat yaşamaq və istirahət etmək üçün hər şey var”, - bildirib.