“Qafqazinfo” xəbər verir ki, bu barədə Kadırov “Qovorit Moskva” radiosunun efirində açıqlama verib:
“Mən məmnuniyyətlə ifadə verə bilərəm. Problem yoxdur. Xüsusən də, bunu uşaqlar istəyirlərsə (Nemtsovun uşaqları – red.). Çeçen lider həmçinin bildirib ki, Boris Nemtsovun vəkilinin ona hansı sualları vermək istəməsi onun üçün maraqlıdır.
Qeyd edək ki, Nemtsovun vəkili və onun uşaqları qətlin obyektiv araşdırılması üçün istintaqdan Çeçenistanın bir sıra yüksək vəzifəli məmurularının, Kadırovun həmçinin Radanın deputatı Adam Delimxanovun dindirilməsini xahiş etmişdilər.
Son xəbərlər
Son Xəbərlər