Kadırov Rusiya Milli Qvardiyasının general-mayoru oldu

kadirov-rusiya-milli-qvardiyasinin-general-mayoru-oldu
Oxunma sayı: 4727

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov general-mayor rütbəsi alıb və Daxili İşlər Nazirliyinin strukturundan Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinə köçürülüb. Qafqazinfobildirir ki, bu barədə “RİA Novostixəbər verib.

Kadırovun sözlərinə görə, telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin fərmanı oxuyub və bu münasibətlə onu təbrik edib.

Buna qədər Kadırov polis general-mayoru idi.

Qeyd edək ki, Ramzan Kadırov 2004-cü ildə “Rusiya Qəhrəmanı” adına layiq görülüb.