Kadırov yetkinlik yaşına çatmayan oğullarını müharibəyə göndərir - Video

kadirov-yetkinlik-yasina-catmayan-ogullarini-muharibeye-gonderir
Oxunma sayı: 7483

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov yetkinlik yaşına çatmayan 3 oğlunu Ukraynaya qarşı döyüşməyə göndərir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Kadırov öz teleqram kanalında paylaşıb.

Onun sözlərinə görə, Əhməd, Əli və Adam adlı oğulları Ukraynada öz döyüş bacarıqlarını nümayiş etdirməyə hazırdırlar.

Kadırov bildirib ki, onu yaxınlarının döyüşdə iştirak etməməsinə görə tənqid edirlər, o isə bunun əksini sübut etmək qərarına gəlib.

Qeyd edək ki, Əhmədin 16, Əlinin 15, Adamın isə 14 yaşı var. Ümumilikdə isə Kadırovun 4 oğlu, 6 qızı var.