Kadırovdan Tsarnayev qardaşları barədə sərt- - Açıqlama

kadirovdan-tsarnayev-qardaslari-barede-sert-
Oxunma sayı: 2176


“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Kadırov instagram səhifəsində  “ABŞ xüsusi xidmət orqanlarının xəbəri olmadan” Tsarnayevlərin bu terror aktını törətdiklərinə, “əgər törədiblərsə”, inanmadığını” yazıb.

“Boston faciəsinin törədilməsində iştirakda ittiham olunan ABŞ xüsusi xidmət orqanlarına qurbanlıq lazım idi. Tsarnayev onlara qurbanlıq oldu”, Kadırov bildirib.

“Kim təminat verə bilər ki, Tsarnayevi edam edəndən sonra onun günahkar olmadığı məlum olmayacaq? ABŞ-da belə hadisələr tez-tez baş verir. Tsarnayev, Amerikaya inanıb bu ölkəyə gələndə, onun cəmi 9 yaşı olub. Amerika isə onu terrorçuya çevirdi", Çeçenistan rəhbəri qeyd edib.

Cümə günü ABŞ hakimləri 2013-cü il Boston marafonunda partlayış törətməkdə ittiham olunmuş Çohar Tsarnayevə ölümə hökmü kəsiblər.

Onun qardaşı Tamerlan Tsarnayev partlayışdan bir neçə gün sonra polislə atışmada öldürülmüşdü.