Kadırovun doğulduğu kəndin adı dəyişdirildi

kadirovun-doguldugu-kendin-adi-deyisdirildi
Oxunma sayı: 1995

Çeçenistan Prezidenti Ramzan Kadırovun doğulduğu Tsentaroy kəndinin adı dəyişdirilib.

"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, kənd bundan sonra Əhməd-Yurd adlanacaq.

Bu barədə Rusiyanın Baş Naziri Dmitri Medvedev müvafiq sənəd imzalayıb.

Qeyd edək ki, kəndin adını daşıdığı Əhməd Kadırov Çeçenistanın mərhum Prezidenti və Ramzan Kadırovun atasıdır.