Kadırovun klubunun Rusiyadakı filialının direktoru öldürüldü

kadirovun-klubunun-rusiyadaki-filialinin-direktoru-olduruldu
Oxunma sayı: 1430

Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində bir müddət öncə açılmış “Axmat” döyüş klubunun 37 yaşlı direktoru qətlə yetirilib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, kürəyindən azı 4 dəfə güllə yarası almış şəxsin cəsədi iyunun 27-də gecə saatlarında küçədə aşkarlanıb. 

İnsidenti törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü şəxs axtarışa verilib. 

Faktla bağlı cinayət işi açılıb. Cinayətin təfərrüatı araşdırılır.

Qeyd edək ki, “Axmat-Tolyatti” bu il iyunun 15-də açılıb. Bu, Çeçenistan Prezidenti Ramzan Kadırovun sahibi olduğu Axmat Kadırov adına klubun filialı hesab olunur.