Kadırovun koronavirusa yoluxması xəbəri ilə bağlı - Spikerdən açıqlama

kadirovun-koronavirusa-yoluxmasi-xeberi-ile-bagli
Oxunma sayı: 3398

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun koronavirusa yoluxması barədə xəbər həqiqətə uyğun deyil.  “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bunu parlamentin spikeri Maqomed Daudov İnstaqramda açdığı canlı yayım zamanı deyib.

“Müxtəlif dedi-qodu gəzir, daha nələr demirlər. Mən bəyan edirəm ki, bizim respublikamızın başçısı Ramzan Kadırov sağlamdır, onun haqda yazılan və deyilənlər yalnışdır”, - o bildirib.

“Onlar nə istəyirlər yazırlar, hansısa xəstəliklər, hansısa faizlər haqda. Bunlar hamısı yalandır. Mən bilirəm ki, xalq bu söz-söhbətlərdən narahatdır və sizi sakitləşdirmək istəyirəm: hər şey yaxşıdır”, - Daudov əlavə edib.