Kadırovun qızına fəxri ad verildi

kadirovun-qizina-fexri-ad-verildi
Oxunma sayı: 3560

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük qızı Ayşat Kadırovaya fəxri ad verilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Çeçenistanın mədəniyyət naziri olan A.Kadırova “Çeçenistan Respublikasının əməkdar mədəniyyət işçisi” adına layiq görülüb. 

Bu barədə ölkənin milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev bildirib.