Bakıda kafedə yanğın olub.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumata görə, hadisə Nizami rayonunda baş verib.
Belə ki, ümumi sahəsi 70 m² olan birmərtəbəli tikilinin (yeməkxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Son xəbərlər
Son Xəbərlər