Kafedə doğdu, sonra oyununa davam etdi

kafede-dogdu-sonra-oyununa-davam-etdi
Oxunma sayı: 1820


Qadını görənlər heyrətlərini gizlədə bilməyiblər. 24 yaşlı qadın doğuşdan sonra körpə ilə maraqlanmaq əvəzinə yarımçıq işinə davam edib. 

Qəribə hadisə Nanchanq şəhərində baş verib. 

Kafedə olan qadın müştərilərdən biri isti su və parça taparaq qadına kömək etmək istəyib. Lakin qadın laqeyd münasibəti ilə heyrətə salıb. 

Məlumata görə, qadın ailəsi ilə dalaşıb. Sevgilisini gzləmək üçün kafelərdən birinə girib və oyun oynamağa başlayıb. Məhz bu zaman doğuş sancısı başlayıb. 

Xatırladaq ki, Çində mart ayında “World of Warcraft“ adlı oyunu 19 saat fasiləsiz oynayan bir kişi dünyasını dəyişmişdi. Başqa bir oyun aludəçisi 6 il internet kafedə yaşayıb.