“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 27-də saat 15 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini Nicat Novruzova məxsus kafedə qaz balonunun sızmasından yanğına keçən partlayış baş verib.
Nəticədə kafenin pəncərə şüşələri sınıb, orada təmir işləri aparan qəsəbə sakinləri Elşad Abbasov və Qabil Quliyev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər