“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü Əfsun Əliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən il iyulun 1-də Binəqədi şosesində olan kafelərin birində baş verib. Astara rayon sakini 1979-cu il təvəllüdlü Heydər Əhmədov qarın nahiyəsindən aldığı bıçaq xəsarətilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Kafe sahibi məhkəməyə ifadəsində hadisə necə baş vcerdiyini deyib: ““Hadisədən 20 gün qabaq o kafeni icarəyə götürüb işlədirəm. Əfsun və Heydərgildə tez-tez kafeyə müştəri kimi gəlirdilər. Onlarla başqa münasibətim olmayıb. İyunun 1-də Heydər kafeyə gəlmişdi. Biraz içkili idi. Pivə sifariş elədi. Bu zaman qarşı masada Əfsun Əliyev, Eyvaz Məmmədov və Ceyhun Bəhişov oturmuşdu. Heydər bunlarla salamlaşdı. Mənə tapşırıq verdi ki, həmin stola pivə, pendir verim. Sonra Heydər o biri masada oturan qoca kişi ilə söhbətləşməyə başladı. Onlar bir yerdə içdilər. Bir müddət keçəndən sonra Heydər kişidən 10 manat alıb, mənə gətirib verdi. Dedi ki, qalan pulu da bir-iki saata gətirib çatdıracaq. Razılaşdım. Çünki hər gün gəlib-gedən müştəri idi. Heydər mənə iki dondurma və şampan sifariş verdi. Gətirdirdim. Artıq çox içmişdilər. Heydər qoca kişi ilə çölə çıxdı. Səs-küy gəldi. Əfsungillə birlikdə çölə çıxdıq. Gördük ki, Heydər qoca kişini divara dırmaşdırıb. Ardı-ardınca zərbələr endirir. Əlindən aldıq. Dedi ki, siz qarışmayın. Pulu var, amma içkinin pulunu vermir. Qoca kişi də 10 manat verdiyini, qalan pulu isə Heydərin verməli olduğunu deyirdi. Biz kişini içəri gətirib, əl üzünü yuduq. Əfsun isə Heydərlə çöldə mübahisə edirdi. 15 dəqiqə keçmişdi ki, Əfsun içəri girdi. Gördüm üstü-başı qandı. Heydər də yaralıdır. Kafenin qarşısında 100 çox adam var idi. Yəni hadisəyə səbəb birbaşa Heydərdir. Dedilər ki, Heydər içkili olduğundan Əfsuna söyüş söyüb. O da bıçaqla vurub. Orada ikisi tək olublar. Biz sadəcə o qoca kişini Heydərin əlindən zorla almışıq”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər