Bakıda kafedə tanımadığı adamı öldürmək istəyən şəxs saxlanılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə martın 12-i gecə saat 03 radələrində Nəsimi rayonunda baş verib.
Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Gəncağa İbrahimov “Qalaaltı” kafesində tanımadığı şəxs tərəfindən sinəsindən 2, qarnından bir dəfə bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, həmin kafenin yaxınlığında yaşayan Quba rayon sakini, 1984-cü il təvəllüdlü Natiq Ələkbərov saxlanılıb. O, cinayətdə istifadə etdiyi bıçağı istintaqa təhvil verib.
Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər