Kafedən evə gedərkən yıxılan sərxoş kişi öldü

kafeden-eve-gederken-yixilan-serxos-kisi-oldu
Oxunma sayı: 2816

Oğuzda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Oğuz şəhər sakini, 1956-cı il təvəllüdlü F.Qaffarov kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə gedərkən müvazinətini itirərək yıxılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs 1 gün sonra ailə üzvləri tərəfindən Şəkidəki xəstəxanaya aparılıb. Tibbi yardım göstərilməsinə baxmayaraq F.Qaffarov dünən axşam xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun: Абитуриент, набравший высший бал, выбрал БВШН