Kafedən yaralı gətirildilər, şübhəli tutuldu

kafeden-yarali-getirildiler-subheli-tutuldu
Oxunma sayı: 706

İyunun 28-də Abşeron rayonunun Masazır qəsəbəsindəki kafelərdən birindən Cəlilabad rayon sakini Vasif Sadıqov və Yardımlı rayon sakini Əfqan Zeynallı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. 

“Qafqazinfo” xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qəsəbə sakini Raiz Mirzəyev tutulub.