“Kahramanmaraşda 941 bina tamamilə çöküb”

kahramanmarasda-941-bina-tamamile-cokub
Oxunma sayı: 1727

“Təkcə Kahramanmaraşda 941 bina tamamilə çöküb”

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir indiyədək Kahramanmaraşda zəlzələ nəticəsində həlak olan 600 nəfərin dəfn edildiyini açıqlayıb.

Onun sözlərinə görə, hazırda Kahramanmaraşda 2 min peşəkar xilasedici iş başındadır.