Kahramanmaraşda daha bir bədbəxt hadisə - Yaralılar var-Yenilənib

kahramanmarasda-daha-bir-bedbext-hadise
Oxunma sayı: 3767

Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda bəzi binaların damları uçaraq ətrafdakı çadırları dağıdıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə fırtına nəticəsində baş verib.

Dağılmış binaların damından atılan parçalar bir çox insanın xəsarət almasına səbəb olub.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadası göndərilib.

Qeyd edək ki, 6 fevralda Kahramanmaraşda baş verən zəlzələdən sonra həmin ərazidə yaşayan insanlardan bəziləri çadırlara yerləşdirilib.

***

Kahramanmaraş vilayətinin Pazarcık rayonunda bəzi binaların damlarının uçması və çadırların dağılması nəticəsində 8-i ağır olmaqla 40 nəfər yaralanıb.

Ümumilikdə isə 170 çadır dağılıb.