“Kainat gözəli” o seçildi

kainat-gozeli-o-secildi
Oxunma sayı: 10955

ABŞ-nin təmsilçisi R'Bonnie Qabriel “Kainat gözəli” (“Miss Universe 2022”) beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 71-ci beynəlxalq müsabiqə Nyu Orleanda keçirilib.

Müsabiqədə 84 ölkədən təmsilçi iştirak edib.

İkinci yeri Venesueladan olan iştirakçı, üçüncü yeri isə Dominikan Respublikasından olan iddiaçı tutub.